Vardanyan: “Biz İrandan maksimum yararlanmalıyıq”backend

Vardanyan: "Biz İrandan maksimum yararlanmalıyıq"

“İranın bu məsələyə baxışı çox aydın və sərtdir: Regiondankənar hər hansı qüvvələrin, xüsusilə NATO-nun rolu İran üçün arzuolunmazdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri İranlı ekspert Aharon Vardanyan bildirib.

Ermənistanın Qərbə qarşı mümkün mövqeyinə, NATO-nun baş katibi Yens Stoltenberqin Ermənistana səfəri ilə bağlı İran tərəfinin reaksiyalarına gəlincə, iranlı ekspert qeyd edib ki, Ermənistanın Şərq təhlükəsizlik sistemində yeri yoxdur.

“Mən İranın Qərblə münasibətləri dərinləşdirəcək bir dövlətlə təhlükəsizlik və ya digər sahələrdə münasibətləri necə inkişaf etdirməyə çalışacağını təsəvvür etməkdə çətinlik çəkirəm”, – deyə o əlavə edib.

Bu kontekstdə Aharon Vardanyan xatırladıb ki, martın əvvəlində İranda keçirilən parlament seçkiləri mühafizəkar qüvvələrin mövqelərini gücləndirib, ona görə də İran siyasətinin mühafizəkarlar xəttində daha da güclənməsi mümkündür.

İranlı ekspert Ermənistan-İran münasibətləri ilə bağlı müşahidələrini xatırladıb. “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xətlərindən biridir. Sünik bölgəsi İran Respublikası və hətta Ermənistan Respublikası üçün son dərəcə əhəmiyyətlidir.

Bu və digər məsələlərdə iki ölkənin maraqları üst-üstə düşür, ona görə də biz bu vəziyyətdən yararlanmalı və iki ölkə ilə əlaqələri daha da inkişaf etdirməliyik”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*