Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini açıqlayıb.
KONKRET.az xəbər verir ki,seçkilərdə qalib gələn namizədlər arasında əvvəllər Milli Məclisin deputatı olmuş şəxslərin qohumları və yaxınları var.
Onların bir neçəsini təqdim edirik:
70 Saylı Neftçala seçki dairəsindən seçilən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Tənzilə Rüstəmxanlı partiyanın sədri, daha əvvəl 6 çağırış deputatı olmuş Sabir Rüstəmxanlının həyat yoldaşıdır.
65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən qalib gələn Ana Vətən Partiyasından Günay Ağamalı partiyanın sədri, daha əvvəl 6 çağırış deputatı olmuş Fəzail Ağamalının qızıdır.
20 Saylı Nərimanov İkinci Seçki dairəsinin qalib namizədi Samir Vəliyev Odlar Yurdu Universitetinin rektoru, Milli Məclisin III və IV çağırış deputatı olmuş Əhməd Vəliyevin oğludur.
14 Saylı Xəzər-Pirallahı Seçki Dairəsində liderliyi ələ alan Günay Əfəndiyeva Azərbaycan Respublikasının keçmiş baş naziri, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.
77 saylı Lənkəran Şəhər Seçki Dairəsinin qalibi Fariz İsmayılzadə parlamentin I-V çağırış deputatı Hadı Rəcəblinin bacısı oğludur.
Qeyd edək ki, seçkilərdə bütün ölkə üzrə 2 milyon 196 min 771 nəfər səs verib./Globalinfo.az
Deputat kresloları da özəlləşdirilib?