Əməkdar artist Vasif Məhərrəmli “Xəzə”r televiziyasında dava salıb.
KONKRET.AZ BAKU.WS-a istinadla xəbər verir ki, mühafizəçi Zaur Kamalın “5-də 5” proqramına gələn müğənnidən telefonu təhvil verdikdən sonra canlı yayıma qatılmasını tələb edib.
Məhərrəmli telefonu vermək istəməyib və səs-küy salıb. “Get gözətçiliyini et” deyə ucadan qışqıraraq etiraz edib. Nəticədə mühafizəçi ilə sənətçi arasında narazılıq yaranıb. Hətta narazılıq canlı yayımda da eşidilib.
Aparıcı onun bu hərəkətinə haqq qazandırmayıb və çəkilişə gələn hər kəsin telefonu mühafizəçiyə təhvil vermədən studiyaya daxil olmasının mümkünsüzlüyünü bildirib.
Verilişdən olan görüntüləri təqdim edirik:
