Vasif Talıbovun yaxın adamına cinayət işi açıldıbackend

Vasif Talıbovun yaxın adamına cinayət işi açıldı

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri barədə cinayət işi başlanılıb.

KONKRET.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində şübhəli bilinir.

Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.

Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə bağlı olduğu bildirilən “Gəmiqaya Holdinq”lə əlaqəsi olduğu iddia olunur.

Belə ki, “MEST-1” və “MEST-3” MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda “Gəmiqaya Turizm” MMC-nin də qanuni təmsilçisidir.

Xatırladaq ki, “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl “Arkoz Holdinq” olaraq dəyişdirilib. Hazırda isə ölkədə “Gəmiqaya” və “Arkoz” adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*