Vaşinqton elan etdi: ABŞ Avropadan qoşunlarını çıxaracaqbackend

Vaşinqton elan etdi: ABŞ Avropadan qoşunlarını çıxaracaq 

Bu gün start götürən Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Cey Di Vens Avropadan Amerika qoşunlarının çıxarılmasını elan edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə konfransın rəhbəri Kristof Hoyzgen “Bild” nəşrinə açıqlamasında bildirib.

Hoyzgenin sözlərinə görə, Vaşinqton Avropa ölkələrindən müdafiə qabiliyyətinin gücləndirilməsinə daha çox töhfə verməsini gözləyir.

Konfrans öncəsi Almaniyanın kanslerliyə namizədi Fridrix Mers də Vensin Almaniya və digər Avropa ölkələrinə qarşı sərt açıqlama verəcəyini gözlədiyini vurğulayıb.

“Bu konfrans uzun müddət yadda qalacaq”, – deyə Mers jurnalistlərə açıqlamasında bildirib.

Aysu İbrahimova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*