Vaşinqton MƏYUSDUR: Erməni hakimin sayəsində ABŞ İrana TƏZMİNAT ÖDƏYƏCƏKbackend

Vaşinqton MƏYUSDUR: Erməni hakimin sayəsində ABŞ İrana TƏZMİNAT ÖDƏYƏCƏK

Erməni hakimin canfəşanlığı sayəsində ABŞ İrana külli miqdarda təzminat ödəyəcək.

KONKRET.az xəbər verir ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın İranın bir sıra aktivlərini dondurmaqla beynəlxalq hüququ pozduğuna qərar verib və ona təzminat ödəməyi əmr edib.

İclasda müvafiq qərarı məhkəmənin sədr müavini, erməni əsilli Kiril Gevorqyan elan edib.

“Hakimlər ABŞ-ın İranla 1955-ci il müqaviləsinin bir sıra bəndlərinin öhdəliklərini pozduğu qənaətinə gəliblər. Bunu nəzərə alaraq, Birləşmiş Ştatlar bu qərarın dərc edildiyi tarixdən etibarən 24 ay ərzində İrana təzminat ödəməyə borcludur”, – erməni hakim deyib.

Bu qərarla bağlı Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel yazılı açıqlama verib. O bildirib ki, məhkəmənin ABŞ-a İrana təzminat ödəməyi əmr etdiyi qərarı Vaşinqtonu məyus edib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*