Vasitəçilər viza rejimini pozdular: Zəvvarlar həccə gedə bilmədilərbackend

Vasitəçilər viza rejimini pozdular: Zəvvarlar həccə gedə bilmədilər

Tacikistan hakimiyyəti “Somon Air” və “FlyDubai” aviaşirkətlərinin üç Düşənbə-Dubay reysinin sərnişinlərinin yoxlanılması zamanı pasportlarında kiçik həcc (ümrə) üçün Səudiyyə vizası olan təxminən 70 vətəndaşı uçuşdan çıxarıblar.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, bu vətəndaşlar Məkkə və Mədinəyə səyahət təşkil etmək lisenziyası olan “Rəsul Sohtmon” və “Ormon” şirkətləri vasitəsilə deyil, vasitəçi şəxslərin köməyi ilə kiçik həcc ziyarətinə göndərilən zəvvarlar olublar. Pasportlarında Səudiyyə vizasının olmasına baxmayaraq, kiçik həcc ziyarətinə getməyə icazə verilməyən şəxslər isə zərərlərini indi kimin ödəyəcəyindən narahatdırlar.

Maraqlıdır ki, “Rəsul Sohtmon” şirkəti ümrə ziyarətinə 2100 ABŞ dolları aldığı halda, “Ormon” eyni ziyarətə görə 2000 dollar alırmış, vasitəçi şəxslərdə isə qiymət 1600 dollar olsa da, səyahət daha keyfiyyətli təşkil olunurmuş. Ona görə də son bir neçə ayda zəvvarlar da məhz şirkətləri deyil, vasitəçiləri seçiblərmiş.

Yerli media bildirir ki, reydlər zamanı kiçik həcc ziyarətlərini təşkil edən 4 vasitəçi də tutulub. Onlar Səudiyyə universitetlərinin məzunlarıdır, Səudiyyə şirkətləri və otelləri ilə razılaşma əldə etdikdən sonra ölkənin vətəndaşlarını ziyarətə aparmağa başlayıblar.

Əvvəllər Səudiyyə Ərəbistanı ümrə ziyarətinə yalnız dövlət qurumlarına viza verirdi, lakin bu il viza rejimini yumşaldılıb və ümrə ziyarətinə onlayn vizalar verməyə başlayıblar. Səudiyyənin viza rejimini bu cür asanlaşdırmasından istifadə edərək, tacik vasitəçilər zəvvarları özləri aparmağa başlayıblar.

Uzun illər ərzində yalnız “Rəsul Sohtmon” Tacikistanda ümrə ziyarətinə səyahət təşkil etmək lisenziyasına sahib idi və bu yaxınlarda Dini İşlər Komitəsi “Ormon” adlı ikinci bir şirkətə də lisenziya vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*