Vaxtilə AzTV-də çalışmış daha bir tanınmış jurnalist vəfat etdibackend

Vaxtilə AzTV-də çalışmış daha bir tanınmış jurnalist vəfat etdi

Jurnalist, Prezidentin Fərdi təqaüdçüsü Mülatif Adurov vəfat edib.

KONKRET.az xəbər verir ki, uzun müddətdir, ürək xəstəliyindən əziyyət çəkən jurnalist 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mülatif Adurov uzun illər “Bakı” qəzetində çalışıb. 1980-ci ildən fəaliyyətini AzTV-də davam etdirib. Beynəlxalq Radio Verilişlərində şöbə müdiri, AzTV-nin “Səhər görüşləri”, “Dalğa” proqramlarında, İctimai-siyasi proqramlar redaksiyasında çalışıb, “Xəbərlər” proqramında baş redaktor müavini, baş redaktor vəzifələrində işləyib. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*