İtaliyanın şimalında xarici turistləri daşıyan avtobus Venesiya yaxınlığında estakadaya çırpılıb.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 20-dən çox adam ölüb, 18 nəfər isə yaralanıb.
Məlumata görə, avtobus yoldan çıxıb, maneəyə çırpılıb, elektrik xəttinə düşüb və alovlanıb.
Venesiya meri Luici Brugnaro sosial mediada yazıb: “Apokaliptik mənzərə, söz yoxdur”. Venesiyada həlak olanların xatirəsinə rəsmi matəm elan edilib.
Qəzanın səbəbi barədə hələlik məlumat yoxdur.
Ariz Həsənoğlu,
KONKRET.az
