backend

Verelq.am: "Bunu etsək, Azərbaycan Qarabağa hücum edəcək və ..."

Hər gün Ermənistanın daxili siyasi həyatında yeni yalançı şüarlar peyda olur, onların ətrafında ictimai, siyasi və ekspert müzakirələri gedir: cinsi azlıqların müdafiəsi, İstanbul Konvensiyası, Konstitusiya Məhkəməsi böhranı və s. Lakin bu müzakirələr ictimaiyyətin diqqətini Ermənistan və Qarabağ üçün əsas təhlükə olan pan-türkçülükdən yayındırır.

Əsrlər boyu Türkiyə Pan-Türkçülükdən istifadə edərək öz ətrafında türkdilli xalqları toplayaraq, bir çox türkdilli xalqları və dövlətləri özündə cəmləşdirməli olan Böyük Turanı qurmağa çalışır. Həm siyasi, həm də coğrafi cəhətdən Ermənistan və Qarabağ Ankarada yeni Osmanlı İmperiyasının qurulmasına mane olurlar. Türk dünyasını iki yerə – bir tərəfdə Türkiyə və Azərbaycana, digər tərəfdə isə türkdilli ölkələr və Orta Asiya xalqlarına “bölürlər”.

Pan-türkçülük strategiyasının bir hissəsi olaraq 1988-ci ildən başlayaraq Azərbaycanda Sumqayıtda, Bakıda, Gəncədə ermənilərin etnik təmizlənməsi, Qarabağa hərbi təcavüzü aparıldı və nəticədə Azərbaycan öz ərazisindəki erməni elementini tamamilə məhv etdi. Bu strategiyanın ilk hissəsi olaraq, 100 il əvvəl Osmanlı Türkiyəsində 1,5 milyon erməni məhv edildi və bütün Qərbi Ermənistan viran edildi.

Unutmayaq ki, Qarabağ müharibəsi illərində Türkiyə Qarabağı ələ keçirmək, orada etnik təmizləmə aparmaq, sonra Zəngəzura hücum etmək, Naxçıvanla torpaq dəhlizi yaratmaq üçün Azərbaycana böyük hərbi-siyasi dəstək vermişdi. Türkiyə-Naxçıvan-Zəngəzur-Qarabağ-Azərbaycan istiqamətində Türk nəqliyyat dəhlizi qurulmalı idi. Ancaq bunun yalnız Qarabağ müharibəsindəki ermənilərin birliyi və qələbəsi sayəsində gerçəkləşməsi mümkün olmadı.

Pan-türkçülüyü xarici siyasətin ən vacib vektoruna çevirən Türkiyə-Azərbaycan tandemi Cənubi Qafqazda anti-erməni siyasətini davam etdirir, bu bölgədəki erməni elementini zərərsizləşdirmək və birləşərək həm Rusiya Federasiyasının, həm də İranın ərazi bütövlüyünü təhdid edəcək vahid türk, millətçi dövlət olmaq istəyir.

Ermənistan və Qarabağ sərhədlərini mühasirəyə almaqla Türkiyə-Azərbaycan tandemi erməni ölkələrini bütün regional layihələrdən təcrid etdi. Azərbaycan bu yolla Ermənistandan mühacirəti sürətləndirməyə çalışır. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Qarabağın sərhəd kəndlərini daim atəşə tutması da buna kömək edir.

Ermənistan yeni bir Türkiyə-Azərbaycan hücumu təhlükəsi altındadır, bunun nəticəsində ermənilərin son qətliamı və pan-türkçülük strategiyasının həyata keçirilməsi mümkündür.

Pan-türkçülük strategiyasının həyata keçirilməsində və ermənilərin məhv edilməsində əsas maneə Rusiya-Ermənistan ittifaqı və Ermənistanda yerləşdirilmiş rus qoşunlarıdır. Müxtəlif Qərbyönümlü qrant təşkilatlarının Rusiyaya hücumları, Rusiyanın Ermənistandakı mövcudluğunu, xüsusən də rus qoşunlarının yerləşdirilməsini tənqid etməsi, Ermənistan millətinin fiziki varlığını təhlükə altına alaraq Ermənistan və Qarabağın təhlükəsizliyinə birbaşa zərbədir.

Rus qoşunlarının Ermənistandan çıxarılması yalnız Türkiyə-Azərbaycanın ölkəyə hücumunu sürətləndirəcək – Azərbaycan Qarabağa hücum edəcək və Naxçıvandakı türklər isə Yerevan və Zəngəzura doğru irəliləyəcəklər. Bununla da yüzillik arzularını gerçəkləşdirməyə və böyük Turan yaratmağa doğru böyük addım atacaqlar.

VERELQ.am

Tərcümə: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*