Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlarımızın reabilitasiyasını həyata keçirəcəklər.
Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə aşağıdakı ünvanlarda psixoloji yardım göstərəcəklər:
– Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi, 108 (FHN-in Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu);
– Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 3A (Ticarət və xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi);
– Sumqayıt şəhəri, Sülh küçəsi, 9 (FHN-in Sumqayıt Regional Mərkəzi);
– Qəbələ şəhəri, Abbas Səhhət küçəsi, 12 (keçmiş modul tipli xəstəxana);
– Bərdə şəhəri, H.Əliyev prospekti, 93 (Bərdə şəhər 4 saylı Uşaq İncəsənət Məktəbi);
– Lənkəran rayonu, Digah kəndi (FHN-in Cənub Regional Mərkəzi).
Qeyd edək ki, Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
