“Ermənistanın daimi əhalisi 2 932 731 nəfərdir. Bu rəqəmlər birbaşa onu göstərir ki, vəd edilmiş müsbət dəyişikliklər yoxdur”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Milli Statistika Komitəsinin 2023-cü il dekabrın 15-də dərc etdiyi siyahı bir çox mətləblərə aydınlıq gətirib.
Ara Meliksetyanın müəllifi olduğu məqalədə bu məqamlar “Ermənistanın səsi” nəşrində dərc edilib. Jurnalist məqalədə yazır: “Əhalinin siyahıyaalınmasının nəticələrinə görə bu rəqəm 2011-ci ildə 3 milyon 18 min 854 nəfər, 2001-ci ildə keçirilmiş birinci siyahıyaalmada isə 3 milyon 213 min 11 nəfər olub. Şəhər əhalisinin xüsusi çəkisi 63,8%, kənd əhalisinin payı isə 36,2% olmaqla 2011-ci illə müqayisədə şəhər əhalisinin xüsusi çəkisi artıb (2011-ci ildə 63,3%), kənd sakinlərinin xüsusi çəkisi isə azalıb (36,7%).
Xatırladaq ki, 2019-cu ilin yayında Xankəndidə Paşinyan Ermənistan üçün növbəti 30 il üçün əsas vəzifələrin məşhur siyahısını təqdim etmişdi. Bu “monumental əsər” digər məsələlərlə yanaşı, 2050-ci ilə qədər Ermənistan əhalisinin 5 milyona çatdırılması məqsədini əks etdirirdi. Lakin 5 ildən sonra məlum olur ki, ölkə illər əvvəl olduğu kimi deyilən səviyyədən də uzaqdır. Prinsipcə, bu heç də təəccüblü deyil. Paşinyanın 30 il ərzindəki fantastik super tapşırıqlarının bütün siyahısını xatırlasaq, məlum olur ki, onların demək olar ki, hamısında reqressiya qeydə alınıb.
Bu hakimiyyət nəinki real olmayan hədəflər elan etdi, əksinə, fantastik sürətlə həmin hədəflərdən geriyə doğru gedir.
Bununla belə, əhali məsələsinə qayıdaq. Belə ki, təqdim olunan rəqəmlərə əsasən, son 11 ildə Ermənistanın daimi əhalisi 86 123 nəfər azalıb. Düzünü desək, bizim üçün, Ermənistan üçün bu, kifayət qədər böyük rəqəmdir. Lakin bu kontekstdə xüsusi diqqətə layiq bir göstərici var. Deməli, ölkə əhalisinin bu azalmasının demək olar ki, yarısı Paşinyanın dövründə baş verib. Həmin statistik komitənin məlumatına görə, 2018-ci ildə Ermənistanın əhalisi 2 milyon 972 min nəfər olub. Yəni, 5 ildən az müddətdə ölkənin daimi əhalisi 40 min nəfər azalıb. Etiraf edək ki, bu, hətta əvvəlki dövrlərlə müqayisədə kifayət qədər yüksək azalma tempidir.
Təbii ki, bu hökumət növbəti fiaskosunu heç vaxt etiraf etməyəcək. Nikol getdikcə daha çox dağıddığı Ermənistanda vətəndaşının yaşamamaq istəyini görməzdən gəlir. Əgər bir neçə il əvvəl parlaq gələcəyə ümidlərini bu komandaya bağlayan insanlar var idisə, indi faciəli yaxın keçmişlə, böyük itkilərlə yaşayaraq, yaxın gələcəkdə proqnozlaşdırılan bəla və fəlakətlərlə qarşılaşacaqlarını gözləyirlər”.
Natiq Səlim,
KONKRET.az
