Vətəndaşlara 39500 manat “atan” şirkət direktoruna elektron qolbaq taxıldıbackend

Vətəndaşlara 39500 manat “atan” şirkət direktoruna elektron qolbaq taxıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İftixar Quliyevin (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, İftixar Quliyev Bakı şəhəri üzrə aparılan ibtidai araşdırma zamanı müəyyən edilib ki, MMC-lərin birinin direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən sui-istifadə edərək bir neçə vətəndaşı fərdi yaşayış evi tikintisi adı ilə aldadıb, onların külli miqdarda pul vəsaitini ələ keçirib.

Məlumata görə, təqsirləndirilən şəxs əvvəlcə Ağcabədi sakini olan zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək, ona Ağcabədi şəhərində yerləşən torpaq sahəsində ev tikəcəyini vəd edib. Bu məqsədlə o, 2024-cü il dekabrın 29-da zərərçəkmişdən 19 000 manat, daha sonra 2025-ci il yanvarın 17-də Mpay terminalı vasitəsilə öz bank hesabına göndərilən 500 manat pulu alıb. İftixar vədinə əməl etməyərək ümumilikdə 19 500 manat məbləğində ziyan vurub.

İstintaqla həmçinin müəyyən olunub ki, o, oxşar üsulla digər vətəndaşı – Abşeron rayonunda fərdi ev tikəcəyini vəd etməklə 2025-ci il yanvarın 9-da “İstanbul KFC” kafesində ondan 10 000 manat alaraq ələ keçirib və növbəti dəfə də vədinə əməl etməyib.

Təqsirləndirilən şəxsin üçüncü epizod üzrə hərəkətləri də eyni xarakter daşıyıb. O, Abşeron rayonu, Digah qəsəbəsində ev tikintisi vədi ilə zərərçəkmişdən 2025-ci il yanvarın 26-da əvvəlcə kafedə 7 000 manat, daha sonra həmin gün “Araz” marketdə quraşdırılmış terminal vasitəsilə öz hesabına keçirilmiş 3 000 manat pulu alıb. Nəticədə zərərçəkmişə ümumilikdə 10 000 manat ziyan dəyib.

Beləliklə, direktor vəzifəsində çalışan şəxs üç zərərçəkmişin ümumilikdə 39 500 manat məbləğində vəsaitini aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq əməli törətməkdə ittiham olunur.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İftixar Quliyev 1 il 11 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*