Vəzifəli şəxs işdən çıxarıldı – FOTObackend

Vəzifəli şəxs işdən çıxarıldı - FOTO

TƏBİB-in “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında – fevralın 23-də xitam verib.

KONKRET.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib. Qusar Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.

Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*