“Vəziyyətimiz yaxşıya doğru gedir” – Əminə Ərdoğanbackend

"Vəziyyətimiz yaxşıya doğru gedir" - Əminə Ərdoğan

Koronavirusun “Omicron” ştamına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhəti yaxşıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Əminə Ərdoğan Tvitterdə paylaşım edib.

Xanım Ərdoöan bildirib ki, vəziyyətləri yaxşıya doğru gedir.

“COVİD-19 testimiz müsbət çıxdıqdan sonra Tayyib bəylə evdə dincəlməyə davam edirik, uzaqdan işimizi davam etdiririk. Şükürlər olsun ki, Rəbbimin köməyi ilə yəziyyətimiz yaxşı müşahidə olunur. Varlığınızı bilmək bizə güc verir”, – Ə.Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti və xanımı koronavirusa iki gün əvvəl yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*