Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
KONKRET.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Rafael Cəfərov Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, o, daha öncə Nərimanov Rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışıb./unikal.org/
