backend

Virus bitəndən sonra hər kəs bu analizi verməlidir

Koronavirus pandemiyası bitən kimi bütün insanlar mütləq səhhətlərini yoxladıb, bu analizləri verməlidir.

KONKRET.az xəbər verir ki, rusiyalı revmatoloq həkim Pavel Yevdakimenko tezliklə pandemiyanın enişə yaxınlaşacağını bildirib.

O, deyib ki, pandemiya bitdikdən sonra bütün vətəndaşlar qanın kliniki analizini verməlidir. Bu analiz eozinofillərin və allergik komponentlərin vəziyyətini göstərəcək. Məhz bu analizlə orqanizmdə hər hansı infeksion iltihabın olmasını bilmək olacaq.

Eləcə də qanazlığı görünəcək. Pandemiya dövründə çox insanların immuniteti zəifləyə və orqanizmdə gizli iltihabi proseslər gedə bilər. Ona görə də epidemiyadan sonra yoxlanmaq mütləqdir.

Medicina

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*