Vitali Balasanyan olduğu yeri açıqladı: “Əsgərandayam”backend

Vitali Balasanyan olduğu yeri açıqladı: “Əsgərandayam

u gün özünü buraxdığını elan edən qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Azərbaycan tərəfinin onu dünən Həkəri körpüsünü keçərkən həbs etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

KONKRET.az xəbər verir ki, “tert.am”a açıqlamasında Balasanyan hazırda yaşadığı ünvanı qeyd edərək, Qarabağda olduğunu bildirib:

“Mən “Artsax”dayam, ünvanımı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, heç “Artsax”ı tərk etməyə cəhd də etməmişəm”, – deyə o, yenə də Qarabağdan çıxmaq fikrində olmadığını vurğulayıb.

Xatırladaq ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. “Balasanyan “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı soyqırımının törədilməsində iştirak edib.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*