Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab: “Qəlyan çəkən qadınlar…”backend

Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab: "Qəlyan çəkən qadınlar..."

Sabiq deputat İqbal Ağazadə çıxışlarının birində cəmiyyətin gələcəyi baxımından həssas məqamlara toxunub və bir sıra mühüm mesajlar verib.

KONKRET.az xəbər verir ki, o, ictimai yerlərdə, xüsusilə restoran, kafe və pablar kimi məkanlarda qəlyan çəkilməsi, eləcə də uşaqların belə mühitlərdə olması ilə bağlı narahatlığını ifadə edib:

“Ana oturub uşağının yanında qəlyan çəkir. Bu uşaqın aqibəti necə olacaq? Bu uşaq hansı nümunəni götürəcək? Bundan danışmaq lazımdır. Mənəviyyatımız məhv olur. Nədən restoranlarda, kafelərdə, pabda bir dənə nəzarət yoxdur? Qadınlar saat 00:00-da körpə uşaqlarla pabda oturub qəlyan çəkir. Hətta qızlar üçün qəlyan pulsuzdur. Nəyi təbliğ edirik? Niyə orada qəlyan çəkilməlidir? Beş manat artıq pul qazanmaqdan ötrü milli-mənəvi dəyərlərin hamısını korlamalıyıq? Niyə bu qanunda tənzimlənmir?”.

Qaynarinfo-nun məlumatına əsasən, Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə sabiq deputatın toxunduğu məsələlərin davamlı olaraq müzakirə edildiyini və bununla bağlı təkliflərin təqdim olunduğunu bildirib.

O, məsələyə yalnız qadınlar kontekstindən yanaşılmasının düzgün olmadığını vurğulayıb:

“Amma bir məqam var-qəlyan çəkən qadınların yanında kişilər olmur? Onları buna təşviq edən kimlərdir? Kişilərdir… Kişilər sevirlər ki, onların yanında oturan qadın qəlyan çəksin”.

Kəmalə Ağazadə İqbal Ağazadənin diqqətinə çatdırıb ki, qadınların zərərli vərdişlərə alışmasında kişilərin də rolu var:

“İqbal bəy, bundan da danışmaq lazımdır. Əgər bu gün mənəviyyatımızın məhv olmasından danışırıqsa, bu gün mənəviyyat təkcə qadınların üzərində olan məsələ deyil. Bu gün ideologiyanın formalaşmasında kişilərin də böyük rolu olmalıdır. Qadını əzərək, tapdalayıb keçərək, onu yeri gələndə zərərli vərdişlərə aludə edən, biganəliyi formalaşdıran, aqressiyanı ona deyil, canına səpən təkcə qadının şüuru deyil. Qadının şüurunu formalaşdıran bir kişi var. Kişi obrazı var, hardadır o? Nə yaxşı çıxıb hamı qadın-qadın deyir, niyə kişi-kişi deyən yoxdur? Hardadır ananı bioloji dünyaya gətirdiyi uşaqla baş-başa qoyan, atalığını belə ona qıymayan atalar? Qəlyanı da verən onlardır. Onun zərərli vərdişini təşviq edən də elə o kişilərdir. Həmin o uşağı da gələcəyə mənəviyyatsız sürükləyən təkcə qadın deyil, həm də kişidir”.

Kəmalə Ağazadənin sözlərinə görə, təbil yalnız bir cins üçün çalınmamalıdır:

“Bütün cinslərə qarşı çalmalıyıq. Qadın gedib təkcə uşağı ilə restoranda oturmur. Onun yanında olan kişilər də var. Buna kompleks yanaşmaq lazımdır. İqbal Ağazadə bir kişi prizmasından yanaşırsa, mən də qadın prizmasından yanaşaraq deyirəm ki, bunu kompleks həll etmək lazımdır. Qadını ortada cinayətkar, əxlaqsız, şüursuz, ədəbsiz, biganə, mədəniyyətsiz formalaşdırmaq cəmiyyət üçün heç də yaxşı mesaj deyil”.

  • cemil
    Avqust 16, 2026 - 03:22

    DÜZDÜR KİŞİLƏR SEVİR YANINDAKI KAHBƏ SİQAR ÇƏKSİN VƏ BUNUNLA FƏXR EDİRLƏR. BƏS KAHBƏNİN BALALARI QANCIQ OLDUQLARI İLƏ FƏXR EDİRLƏRMİ?

  • cemil
    Avqust 16, 2026 - 03:25

    QSDINLAR POZĞUN CƏMİYYƏTDƏN ZÖVQ ALIRLAR. KƏMALƏ AĞAZADƏNİN POZĞUNÇULUĞU TƏBLİĞ ETMƏSİ ONU TƏRBİYƏSİZ OLDUĞUNU GÖSTƏRİR.

    • İlham
      Avqust 17, 2026 - 05:48

      Düz deyirsən qardaş

  • Ravan
    Avqust 16, 2026 - 03:40

    Qadinlar pozulmaga meyillidi.Agilli qadini nə pozgun kişi nədə pis rəfiqə poza bilər.

  • Royal
    Avqust 16, 2026 - 07:29

    Bütün təbliğatların başında oturan kişilərdi! Cinsi istismardan tutmuş barlarda , çimərlik, pub, kafe restoran və s. kimi iaşə obyeklərində idarəçilik kişilərin əlindədir. Sərxoş halda qadınlara oğraş kimi baxanlar, cazibədar qadın görən kimi evindəkini unudub başina pul yağdıranlarda var. Azyaşli yaxınlaşir siqaret istəyir çıxarıb siqaret verən kişilər, normal geyinən qadinada baxib nə bomba şeydir deyən kişilər nə var gözlədi , fiqurasıda var ona görə. Unutmur ki, səninkilərdə ədəblə geyinsədə onasa eyni sözü deyirlər. Biz kişilər düzəltməliyik dövranı . əxlaqlı, ədəbli , namuslu olaq ki, cəmiyyətin qadınlarıda eyni bizim kimi olsun. Pis kişilərin sayı çox olduqda yaxşilarda onlarin timsalinda gedir.

  • Ayxan
    Avqust 16, 2026 - 08:52

    Gunah qadinlardadı indiki qadinlar kisileri saymirlar azadlıq adı altinda her poxu yeyirlər doyende gunahkar olsan soyende gunahkar olsan qısqıranda pis biri olursan bes bu kancığı nece başa salasan

  • seymut
    Avqust 16, 2026 - 09:33

    arawdirma aparilsa sözü gedən qadinlarin yaninda kişi yoxdu.heç olmayibda

  • Azim
    Avqust 16, 2026 - 14:14

    Mən inanmıram ki, hər qadın kişinin təsiri altında qəlyan çəksin.Kişilərin günahı ola bilər, amma qadın istəməsə heç kim onu qəlyan çəkməyə məcbur edə bilməz.Öz övladlarının yanında qəlyan çəkən qadınlara sözüm yoxdur.

  • Xanım
    Avqust 16, 2026 - 18:44

    Belə qadınlar əksəriyyəti boşanmış , başqa kişi ilə gün keçirənlərdir ki, yanındakı kişiyə də onunla əylənib gün jeçirmək lazımdır. Qadının ağlı olsun yad kişilərlə oturub durmasın. Belə bir həyatı bizim eks gəlin də yaşayır

  • Hafiz
    Avqust 16, 2026 - 21:07

    Həzrət Peyğəmbər buyurur: “Həya on qismdir: doqquzu qadınlarda, biri isə kişilərdədir”. Hamı həyalı, ədəbli olmalıdır, sözsüz, amma bir reallıq var ki, qadının bu məsələdə məsuliyyəti daha artıqdır, çünki qadın təkcə özünün adının təmizliyi üçün məsul deyil. Ən əsası isə qadın anadır, uşağın əsas tərbiyə edənidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*