“Взгляд” qəzeti: “Dağlıq Qarabağ Rusiyanın təhlükəsizliyi üçün vacib faktordur”backend

"Взгляд" qəzeti: "Dağlıq Qarabağ Rusiyanın təhlükəsizliyi üçün vacib faktordur"

“Türkiyənin Xarici İşlər naziri ilə görüşdə Azərbaycan Prezidenti Qarabağda əks-hücum əməliyyatlarının davam etdirəcəklərini və ölkənin ərazi bütövlüyünü bərpa edəcəklərini söylədi. İlham Əliyev dedi ki, “Dağlıq Qarabağdakı 200-dən artıq yaşayış məntəqəsi işğaldan azad edilib. Tezliklə digər ərazilər də işğalçılardan təmizlənəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Rusiyanın populyar “Взгляд” qəzetindəki analitik yazıda yer alıb. Yazıda daha sonra deyilir: “Ermənistan-Azərbaycan münaqişəsində çoxları Rusiyanın tərəf tutmamasını vacib sayır. Deyirlər ki, Rusiya erməni tərəfində baş verənlərə qarışmamalı və bununla da bir sıra məsələlərdə qonşu və vacib tərəfdaş olan Azərbaycanla münasibətləri korlamamalıdır.Baxmayaraq ki, Ermənistan KTMT-də Rusiya Federasiyasının hərbi müttəfiqidir və bununla bağlı Rusiyanın öhdəlikləri var”.

Qəzet hesab edir ki, “Kremlin tutduğu bu xətt vasitəçilik və sülhməramlı (?!) missiyası, eyni zamanda atəşi dayandırmaq istəyi çoxları tərəfindən təqdir edilir. Amma pis bir dünya, hər halda yaxşı bir müharibədən daha yaxşıdır. Üstəlik bilinmir ki, bu müharibə necə yekunlaşacaq. Bu, əslində ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, müharibə bizim qonşuluğumuzda gedir. Ona görə də əsas məsələ Rusiyanın strateji maraqlarıdır. Bu maraqsa tələb edir ki, Dağlıq Qarabağ Azərbaycan Ordusu tərəfindən tamamilə fəth edilmədən və Bakının nəzarətinə keçmədən Rusiya məsələyə təcili müdaxilə etməlidir”.

Qəzetin narahatlığına səbəbsə Qarabağda NATO sülhməramlılarının peyda ola bilmə ehtimalıdır.

Qeyd: İndiki məqamda  “Взгляд” qəzetinin “narahatçılığı” başa düşülən deyil.Əvvəla,hərbi əməliyyatlar Azərbaycanın ərazisində gedir. Azərbaycanın ərazi bütövlüyünü isə bütün dünya dövlətləri kimi Rusiya Federasiyası da qəbul edib. Ona görə də Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi Rusiyanın strateji maraqlarına heç zaman ziyan gətirə bilməz. Əksinə Rusiyanın cənub sərhədlərində münaqişə ocaqlarının dondurulmuş vəziyyətdə saxlanılması ABŞ və Avropa dövlətlərinin nə qədər marağındadırsa, bu, Rusiya üçün o qədər arzu olunmazdır. Əgər bir çoxları kimi “vzqlyad”çılar da NATO-nun Qarabağda peyda olmasını istəmirlərsə, onda heç olmasa Azərbaycanın haqq işinə əngəl törətməməlidirlər. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəyi təqdirdə Rusiyanın cənubunda daha bir münaqişə ocağı söndürülmüş olacaq. Və iki ölkə – Azərbaycan və Rusiya dostluq, qarşılıqlı etimad və sülh şəraitində yaşayar. Amma yersiz narahatlıq ya siyasi səbatsızlıq nümunəsidir, ya da ermənipərəst mövqeyin nəticəsidir. Vəssalam.

Surxay Atakişiyev,

KONKRET.az

  • Vüqar
    Noyabr 4, 2020 - 16:40

    Pis dünya yox, pis sülh yaxşı müharibədən daha yaxşıdır. Bu bir ikincisi, siz məgər hələ də anlamamısınız ki biz Ermənistanla degil Rusyayla müharibə edirik. Niyə özünüzü aldadırsınız anlamıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*