WhatsApp tətbiqində yaranmış problem tam aradan qaldırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Meta şirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, vatsab aprelin 3-də demək olar ki, tam işləməyib. Böyük masştabda yaranan problem mobil tətbiqlərdə bir neçə saat davam edib. WhatsAppla bağlı xəbərlər ilk olaraq Böyük Britaniya və Braziliyadan daxil olub. Sonradan demək olar ki, əksər ölkələri əhatə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az