“WhatsApp”da başqasının “onlayn” olub-olmadığını yoxlamağa gərək qalmayacaq – YENİLİKbackend

“WhatsApp”da başqasının “onlayn” olub-olmadığını yoxlamağa gərək qalmayacaq - YENİLİK

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.

KONKRET.az baku.ws-ə istinadən bildirir ki, “WhatsApp”ın Android beta versiyasında “2.24.9.14” kodu ilə yeni funksiya peyda olub.

Bu funksiya sayəsində yenicə onlayn olan insanların siyahısı görünəcək.

İstifadəçilər proqramda kontaktlar menyusuna daxil olduqda, “WhatsApp”da son vaxtlar onlayn olan istifadəçiləri göstərən siyahı görəcəklər.

“WhatsApp”da kontakt aktivdirsə, o, siyahının yuxarısında görünəcək. Beləliklə, istifadəçilər insanların son görünmə vaxtını yoxlamaq məcburiyyətində qalmayacaqlar.

Bu funksiya ilə “WhatsApp” istifadəçiləri aktiv insanlarla əlaqə saxlamağa təşviq edərək qarşılıqlı əlaqəni artırmaq istəyir.

Artıq yenilik bəzi istifadəçilər üçün əlçatandır.

Ən son onlayn kontaktların siyahısı funksiyası “Google Play Store”dan Android üçün WhatsApp beta proqramının ən son versiyasını quraşdırmış bəzi beta testçiləri üçün təqdim edilib.

  • Fizze
    Aprel 19, 2024 - 11:32

    Paylasm vidyo 1 deqeden cox olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*