“WhatsApp”da bu YENİLİK işə düşdübackend

"WhatsApp"da bu YENİLİK işə düşdü

Xəbər verdiyimiz kimi, noyabrın əvvəllərində “Facebook” şirkəti “WhatsApp” messencerində müəyyən bir müddətdən sonra yazışmaların avtomatik silinməsinə imkan verəcək yeni funksiyanın işə salınacağını elan etmişdi.

KONKRET.az ixbt.com-a istinadən xəbər verir ki, artıq bütün “WhatsApp” istifadəçiləri bu funksiyadan yararlana bilərlər. Təəssüf ki, istifadəçilər mesajın silinmə vaxtını özləri təyin edə bilməyəcəklər. “İtən mesajlar” adlanacaq bu funksiya aktivləşdirildiyi zaman göndərilən mesajlar 7 gündən sonra silinəcək.

Funksiyanı istənilən zaman “söndürmək” mümkündür, lakin qrup söhbətlərində bunu yalnız administrator edə bilər.
“İtən mesajlar” rejimi Android, iOS, KaiOS, “desktop” tətbiqləri və veb-versiya istifadəçiləri üçün əlçatandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*