Ekspertlər “WhatsApp” messenceri vasitəsilə yayılan yeni virus barədə xəbərdarlıq ediblər.
KONKRET.az-ın məlumatına görə, Yeni il bayramı ilə əlaqədar istifadəçilər daha çox mesaj və təbrik aldıqları üçün linklərə qarşı etinasız yanaşırlar və bu səbəbdən də yeni virus “yeni il” virusu adlandırılıb.
Virus salamlama və təbrik formasındadır. Amma onu açıb linkə keçid edəndə viruslu internet səhifəsi açılır. Bununla da smartfonda saxlanılan şəxsi məlumatlar ələ keçirilir.
Mütəxəssislər tanınmayan nömrələrdən gələn mesajları açmamağı tövsiyə edir.
Sonxeber.az
