Votsapla bağlı təşviş: Nə baş verir? – Ekspertbackend

Votsapla bağlı təşviş: Nə baş verir? - Ekspert

Ölkəmizdə Votsapla bağlı məsələni ifrat dərəcədə şişirdirlər. Narahatlıq üçün ciddi əsas yoxdur.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

“Votsap Feysbuka məxsus olduğundan datalarımızdan indi Votsapda da reklam məqsədilə istifadə olunacaq. Yəni sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır.

İstifadəçinin adı, yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə, düşünürəm ki, dövlət, böyük biznes qurumlarının xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər.

Hazırda Konqresdə Feysbuk, Quql, Əpl və s. ilə bağlı hesabat hazırlanıb. Ola bilər, yaxın müddətdə bu resurslar məcburən parçalansın və Votsapın sahibi başqa şəxs olsun, fərqli qaydalar qoyulsun. Odur ki, paralel olaraq digər resurslardan (Teleqram, Siqnal və s) istifadə etmək doğru olardı. Nəzərə alaq ki, Teleqram da rus vətəndaşına məxsusdur”, – ekspert bildirib.

O.Gündüz qeyd edib ki, diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın, müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb:

“Fikrimcə, bizim ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırılması və təhlükəsizliyin gücləndirilməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*