17–22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının tədbir məkanı olan Bakı Olimpiya Stadionuna rahat və fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə “Koroğlu” Nəqliyyat Qovşağı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Lent.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 14 may saat 06:00-dan etibarən WUF13 tədbiri ilə əlaqədar xüsusi K1 servis avtobusu 24/7 rejimində “Koroğlu” Nəqliyyat Qovşağı ilə Bakı Olimpiya Stadionu (BOS) arasında sərnişin daşımalarını həyata keçirəcək.
WUF13 tədbir məkanına ən yaxın və əsas nəqliyyat qovşağı hesab olunan “Koroğlu” iştirakçılar üçün Bakı Metropoliteni, ADY-nin şəhərətrafı dəmir yolu xidmətləri və şəhər avtobus marşrutları vasitəsilə rahat və inteqrasiya olunmuş nəqliyyat bağlantısı təqdim edir.
K1 servis avtobusu “Koroğlu” Nəqliyyat Qovşağında yerləşən Avtobus Nəqliyyat Mübadilə Mərkəzinin 4A perronundan hərəkət edir.
Xüsusi servis avtobuslarından akkreditasiyadan keçmiş WUF13 iştirakçıları ödənişsiz istifadə edə biləcəklər. Akkreditasiya kartı olmayan iştirakçılar qeydiyyatın təsdiqləndiyini göstərən məktubu təqdim edərək nəqliyyat xidmətindən ödənişsiz istifadə edə bilərlər.
WUF13 çərçivəsində həyata keçiriləcək xüsusi nəqliyyat həlləri iştirakçıların tədbir məkanına təhlükəsiz, komfortlu və çevik şəkildə çatmasına imkan yaradacaq.

Cəhənnəmə pulsuz olsun, Ondan bizə nə?Neft qaz ölkəsində xalqa nə vaxt gediş-gəliş pulsuz olacaq?Neftdən gələn miıyardlardan ən azından nə vaxt başqa ölkələrdəki kimi yaşı 60dan yuxarı olan yaşlılara nəqliyyat pulsuz olacaq?
Düz deyir pulumuzu yeməyən it qalmayıb dünyada.aldigimiz maaş isə komunal xərcləri belə odəmir
Cavanlar qorxur evlənməyə,İş yoxdur,necə saxlasın arvad uşağı❓Cavanlar özlərinə qəsd edir.Biyabırçılıqdır
Mən artıq 3 aydır orada Mühafizəci işləyirəm Akreditasiyamda var ancaq metropolitenə göstəriş verilib ki,yalnız könüllülər kecə bilər.Mama elan edilir ki,bütün iştirakcılar ücündür.
77 sayli avtobus wuf könullüsü görən qapıların bağlayır və ya pul tələb edir, bu gun səhər qapini baglayib goturməyib deyə qizim su içində qalib, cəhənnəmə pulun götursun ancaq yaqisda vuf paltarin gorub yolda qoymasin, yasamalda əsəd əhmədov küçəsi
Siz burada k1 avtobusu yazmısınız.Amma k1 deyil.W1-dir.
Təşəkkürlər..