“Artsax günü” deyirsiniz? Bəs belə bir gün keçirmək üçün nə etdiniz? Baxın, indi orada Azərbaycan nələr edir. Baxın və utanın! Müasir yollar çəkilir, infrastruktur bərpa edilir. Bəs bizim hökumətimiz 30 il ərzində “artsax” üçün nə edib? İrəvan bu üç onillikdə Qarabağda bir iş də görə bilməyib. Bir dövlət də “dqr”i rəsmən tanımadı. Və ümumiyyətlə, Ermənistan orada heç bir şey tikmədi, ancaq taladı, dağıtdı…
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Xaçatur Xaçatryan bölüşüb.
“İndi Qarabağda Azərbaycan fəal tikinti işləri aparır, aeroportlar, mehmanxanalar, tunellər tikir. Bütün bunlar Ermənistanın əvvəlki və hazırkı hakimiyyətinin “fəaliyyəti”nin real göstəricisidir”, – deyə erməni ekspert yazır./Axar.az

AXIRKİ, BİR VİCDANLI ERMƏNİ ZİYALI TAPILDI. AĞLI BAŞINDA OLAN HƏR BİR KƏS BUNU DƏRK EDİR Kİ, 30 ILLIK İŞĞAL DÖVRÜNDƏKİ VƏZİYYƏTLƏ İŞĞALDAN SONRAKI DÖVRDƏ BAŞLANAN SÜRRƏTLİ QURUCULUQ İŞLƏRİNİN NƏ QƏDƏR FƏRQİ VAR. VAR OLSUN AZƏRBAYCAN ORDUSU VƏ AZƏRBAYCAN XALQI.