Xaçaturyanın 44 günlük müharibə ilə bağlı açıqlaması düzəldildi – “Səhv edilib”backend

Xaçaturyanın 44 günlük müharibə ilə bağlı açıqlaması düzəldildi – “Səhv edilib”

Ermənistan Prezident Aparatı Vaaqn Xaçaturyanın 44 günlük müharibədə ölənlərin sayı ilə bağlı açıqlamasına düzəliş edib.

KONKRET.az xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan daha əvvəl Praqada CEVRO Universitetinə səfəri zamanı çıxışı zamanı 44 günlük müharibə nəticəsində 4 800 nəfərin öldüyünü bildirmişdi.

Lakin prezidentin mətbuat xidməti açıqlamanın yanlış olduğunu bildirib. Mətbuat xidmətindən qeyd edilib ki, Xaçaturyanın səsləndirdiyi rəqəm səhv olub.

“Səhv edilib, üzr istəyirik. 44 günlük müharibədə ölənlərin sayı 3 755 nəfərdir”, – deyə Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*