Xaçmaz RİH başçısı məktəbin vəziyyətini görüb heyrətləndi – FOTObackend

Xaçmaz RİH başçısı məktəbin vəziyyətini görüb heyrətləndi - FOTO

Xaçmazın yeni təyin olunan İcra başçısı Elnur Rzayev rayonun Mürşüdoba kəndində yerləşən təhsil müəssisəsini ziyarət edib. 60 il bundan əvvəl tikilən məktəb binasının acınacaqlı durumu İcra başçısını heyrətləndirib.

Sinif otaqlarını gəzərək vəziyyətlə tanış olan Elnur Rzayev kənddə yeni məktəb binasının tikilməsi üçün müvafiq qurumlara müraciət edəcəyini bildirib.

Bu xəbər məktəbin kollektivini və şagird heyətini çox sevindirib.

KONKRET.az-ın şimal rayonları üzrə bölgə müxbiri təhsil müəssisəsinin hazırkı vəziyyətini lentə alıb:

Hazırladı: Cəlal FƏRZƏLİYEV, Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*