Xaçmazda avtomobil piyadanı vurub öldürdü – bu dəqiqələrdəbackend

Xaçmazda avtomobil piyadanı vurub öldürdü - bu dəqiqələrdə

Hadisə bu dəqiqələrdə Xaçmaz şəhərində baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, rayonun Köhnə Xaçmaz kənd sakini Pənahov Mahmud Məcnun oğlu idarə etdiyi 10-LX 354 dövlət nömrə nişanlı “VAZ-2109” markalı avtomobillə yolu keçən piyada qadını vurub. Sürücü yaşlı qadını xəstəxanaya çatdırsa da o, yolda dünyasını dəyişib. Qadının  kimliyi hələlik məlum deyil. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*