Xaçmazda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapıldı – YENİLƏNİBbackend

Xaçmazda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNİB

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

KONKRET.az-ın verdiyi məlumata görə, Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

15:25

Xaçmazda dənizdə bir nəfər batıb.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*