Xaçmazda hadisə: ağac qırılaraq yola düşdü – VİDEObackend

Xaçmazda hadisə: ağac qırılaraq yola düşdü - VİDEO

Gəndob -Yalama yolunda ağac qırılaraq yola düşüb.

KONKRET.AZ-ın şimal bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində baş verib.

Ağac qocaman olduğu və vaxtında tədbir görülmədiyi üçün qırılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yol İdarəsinin bir qrup işçiləri maşınların hərəkətinə maneə törədən ağacı kəsərək yoldan götürüblər. Avtombil yolunda hərəkət bərpa olunub.

Müxbir: Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*