Xaçmazın Armudpadar kəndində iki nəfəri elektrik cərəyanı vurub.
KONKRET.az xəbər verir ki, onlar şəxsi təsərrüfat sahələrində kustar üsulla su quyusu qazmaq istəyib. Bu zaman istifadə etdikləri boru elektrik naqillərinə toxunub. Hadisə nəticəsində Əhəd adlı şəxs yerindəcə keçinib.
Onun bacısı oğlu Tural isə xəstəxanaya yerləşdirilib. Əlavə məlumat veriləcək.
