Xaçmazda yol ayrıcında qəza baş verib, xəsarət alanlar var.
KONKRET.az-ın məlumatına görə, hadisə A. Ələsgər küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, Kərimov Ceyhun Ehtiram oğlu idarə etdiyi “Hyundai-Avante” markalı minik avtomobili ilə hərəkətdə olarkən yol ayrıcında gözləmədən hərəkətdə olan 1956- cı il təvəllüdlü Hacıyev Hacıgül Abgül oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik avtomobilinə çırpılıb.
Zərbənin təsirindən “VAZ-21099” yol kənarındakı səki ilə hərəkət edən piyada 1956-cı il təvəllüdlü Balayev Telman Zabit oğlunu vurub. “Hyundai-Avante” isə yaşayış evinin hasarın dağıdıb.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.