Xaçmazın yeni icra başçısı ciddi problemlə üz-üzə qalacaq: Etibar Pirverdiyevə görəbackend

Xaçmazın yeni icra başçısı ciddi problemlə üz-üzə qalacaq: Etibar Pirverdiyevə görə

Keçmiş Konserv Kombinatının Səməd Vurğun adına istirahət parkı illərdir sakinlərin üzünə bağlıdır.

KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, sabiq icra başçısı Şəmsəddin Xanbabayevlə keçmiş “Azərenerji” prezidenti arasında bu park uğrunda uzun illər mübahisə davam edib. Nə Etibar Pirverdiyev parkı başçıya təslim edib, nə də özü sözügedən ərazini abadlaşdırıb.

Baxımsızlıqdan keçilməz cəngəlliyi xatırladan bu ərazi hər iki məmurun küsülü və ədavətli qalmasına da səbəb olub. Dəfələrlə yuxarı dövlət qurumlarına məlumatlar verilsə də, amma bu günə qədər təəssüf ki, heç bir nəticə hasil olmayıb.

6 hektardan çox ərazini əhatə edən Səməd Vurğun parkı indi sahibsiz heyvanlarla bəxtsiz insanların guşəsinə çevrilib. Bu parkda hətta dəfələrlə intihar hadisələri də baş verib. İtkin düşən insanların ilkin axtarışları bu parkda aparılır. Şəhərdə insanların sıx yaşadığı əlverişli məkanda yerləşən parkın hər 3 tərəfi yaşayış məntəqələri ilə əhatəlidir. Amma iki məmurun dil tapa bilməməsi ucbatından park uzun illərdir istifadədən kənar qalıb.  Görünən odur ki, Xaçmaz rayonuna yenicə rəhbər təyin olunan Elnur Rzayev də bu ciddi problemdən əziyyət çəkəcək.

Bölgə müxbirimiz parkın hazırkı vəziyyətini lentə alıb.

Müxbir: Cəlal Fərzəliyev

Bir cavab yazın