Xalq artisti: “Qardaşımoğlu döyüşdə yaralanıb”backend

Xalq artisti: “Qardaşımoğlu döyüşdə yaralanıb”

“Əlbəttə, otuz ilə yaxındır ki, biz işğal altındakı torpaqlarımızın həsrətindəyik. Əslində ermənilər topaq almamışdı, o torpaqları alıb ermənilərə bağışlamışdılar”

KONKRET.az xəbər verir ki, bunu Xalq artisti Aygün Bayramova deyib. Muğam ifaçısı ordumuzdan qələbə xəbərini gözlədiyini bildirib:

“Əlbəttə, otuz ilə yaxındır ki, biz işğal altındakı torpaqlarımızın həsrətindəyik. Əslində ermənilər topaq almamışdı, o torpaqları alıb ermənilərə bağışlamışdılar. 1988-ci ildə nə Azərbaycanın, nə də Ermənistanın ordusu var idi, havadarları bu torpaqları alıb onlara verdi. Ermənilər bilirdi ki, bu torpaq onların olmayacaq və ona görə də o yerləri viran qoydular. Əgər ermənilər bunu qəbul etmiş olsaydılar, orda yaşayardılar. Bu gün ancaq irəli getməliyik, ordumuzun, dövlətimizin və Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Bizim bir məqsədimiz var ki, torpaqlarımızı həyasız erməni ünsürlərindən azad edək. Ona görə bizim də borcumuz odur ki, dövlətimizə dəstək olaq. İnanın ki, mənim ürəyim əsgərlərlədir. Şəhid olan əsgərlərimizin qarşısında baş əyirəm, yaralılarımıza Allahdan şəfa diləyirəm. Ancaq irəli getməliyik”.

Muğam ifaçısı düşmənin qandığı dildən onunla danışmağımızı bildirib:

“Ermənilər həmişəki kimi çətinliyə düşən kimi öz havadarlarının qapısını döyürlər. Amma onlara o vaxt güzəşt edilə bilər ki, ağ bayrağı qaldırıb ərazilərimizi tərk etsinlər. Biz erməniləri layiqincə cəzalandırmalıyıq. 1993-cü ildən bəri atəşkəs olsa da nə qədər oğullarımız şəhid olub, ermənilər mülki şəxslərimizə atəş açıblar. O torpaqları biz erməni əsirliyindən azad etməliyik. Bu hər bir Azərbaycan oğlunun, ordusunun işidir. Artıq heç bir danışıqdan söhbət gedə bilməz. Məqsədimiz torpaqlarımızı erməni həyasızlarından azad etməkdir”.

Muğam ifaçısı iki qardaşı oğlunun orduda döyüşdüyünü deyib:

“Biz daim dövlətimizin və ordumuzun yanındayıq. Bu saat məni müharibəyə aparsalar, gedərəm, ermənidən qorxmuram. İndi iki qardaşım oğlu könüllü olaraq müharibəyə yollanıb və biri yaralanaraq hospitala yerləşdirilib. Xalqımızda, ordumuzda o qədər yüksək ruh yüksəkliyi var ki, onların heç dəstəyə ehtiyacı yoxdur. Erməni kimdir ki, mənim torpağımda “yallı” oynayırdı? İndi etdiklərin görə cavab versinlər”.Moderator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*