Xalqı iyrəndirən məmurların və övladlarının avtomobilləri – QİYMƏTLƏRbackend

Xalqı iyrəndirən məmurların və övladlarının avtomobilləri - QİYMƏTLƏR

Qalib Arif

Deməli, mən şəhərdə az-az maşın sürürəm, həftədə bir, ya iki dəfə bizim köhnə arabaya əziyyət verirəm. Qonşular şahiddir, hətta dükana, bazara piyada gedib-gəlirəm. Əvvəla, benzin bahalaşıb, mənin cibimə görə deyil. Sonra, iki ildir ki, işləmirəm, cibim kara gəlmir. Amma yeni çıxan super maşınlara azarkeşlik etməkdə davam edirəm. Baxmaq da pulla deyil ki,.. Yeri gəlmişkən, bu maşınlar, Azərbaycan Prezidenti demiş, “xalqı iyrəndirən” məmurların xalqdan oğurladıqları pulları, şəhər dairəsində, hətta mərkəzində ucalan 4-5 mərtəbəli super villalardan daha yaxşı göstərir…

Super avtomobillərə keçməzdən əvvəl deyim ki, bunlar hamısı son bir neçə ildə istehsal olunan super krossoverlərdir, dünyanın bir çox şəhərlərində ümumiyətlə  yoxdur. Təbii ki, mən qiyməti aşağı-yuxarı 100 min avro olan “Mersedes CL”, BMW X6”, “Porsche Gayenne”, “Audi Q7”, “Volvo XS 90” və s. kimi “adi” krossoverlərdən danışmaq istəmirəm. Bunlar Bakının küçələrində qara qarğalardan çoxdur. Söhbət qiyməti 200 min avrodan başlayıb 2 milyon yevrodan yuxarı qalxah super krossoverlərdən gedir. Bakıda həftədə bir dəfə maşın sürən mən bu krossoverlərə dəfələrlə rast gəlmişəm, nomrələri də qiyməti 50-100 min civarında olan Bakı nömrələridir. Beləliklə…

  1. BMW X7 krossover…………200 min yevro
  2. YAGUAR krossover……….200-300 min yevro
  3. MAZERATTI krossover……300-500 min yevro
  4. BENTLI krossover……500 min – 1 milyon evro
  5. LAMBORGINI krossover….1 – 2 milyon yevro

Yuxarıda dediyim kimi, bu super krossoverlər hamısı Bakı nömrəlidir. Yəni sahibi də, xalqı soyan məmur dədəsi də bəllidir. Təbii ki, nömrələr məndə də var, amma ağrımayan başıma dəsmal bağlamaq istəmirəm. Mən dükan-bazara piyada gedib-gəlirəm…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*