Xamenei ABŞ və İsraili ölkədə genişmiqyaslı etiraz aksiyaları təşkil etməkdə ittiham edib
KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei bazar ertəsi ABŞ və İsraili İranda 10 gündən artıqdır davam edən genişmiqyaslı etiraz aksiyaları təşkil etməkdə ittiham edib.
“Açıq şəkildə bildirirəm ki, bu hadisələr Amerika, sionist rejim və onların əlaltıları tərəfindən planlaşdırılıb. Onların əsas problemi güclü və müstəqil İran və ölkənin tərəqqisidir. İran xalqı son hadisələr zamanı özünü kifayət qədər güclü göstərdi”, – Xamenei deyib.
Xuraman Etibarlı,
KONKRET.az
