Türkmənistan xarici universitetlərdə oxuyan tələbələrə pul köçürmələrində daha bir məhdudiyyət tətbiq edib.
KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, oktyabr ayından etibarən VİSA bank kartlarından pul yalnız ilk ali təhsil alan tələbələrə köçürülə bilər. Bir universiteti bitirib digərində təhsilini davam etdirənlərə pul köçürülə bilməz.

Yeni məhdudiyyətə səbəb son illərdə xarici təhsil müəssisələrinin çox sayda tələbəsinin vətənə qayıtmaq istəməməsi və daha sonra Türkmənistan xaricində qalmağın yollarını axtarmasıdır. Bunun hüquqi imkanlarından biri də təhsillərini davam etdirməkdir.
Bu səbəbdən Türkmənistan manatını ABŞ dollarına rəsmi məzənnə ilə (1 dollar üçün 3,5 manat) çevirməli olan Türkmənistan bankları üçün yük artmaqdadır, bu da qara bazar məzənnəsindən beş dəfə aşağıdır (1 dollar üçün 18 manat).
İlk təhsilini alan tələbələr də pulu valyuta kartına konvertasiyası və pulu təhsil müəssisəsinə köçürməklə bağlı daim problemlərlə üzləşirlər. Türkmənistandan Belarusdakı universitetin hesabına pul köçürməsi bir aya yaxın davam edir və buna görə tələbələrin borcları yaranır, nəticədə onlaruniversitetdən xaric edilməklə hədələnirlər.
Pul köçürmələrinə qoyulan məhdudiyyətlərə yanaşı Türkmənistan hakimiyyəti xaricə getmək istəyənlərin sayını azaltmaq üçün başqa metodlara da əl atmağı düşünürlər, bunlardan ən sadə üsul səbəbi olmadan ölkəni tərk etməyə qadağanın tətbiqidir. Bundan əlavə, bu ilin sentyabrından etibarən diplomları ölkədə tanınan xarici universitetlərin siyahısı və xaricdə əldə edilə bilməyən ixtisasların siyahısı tərtib edilib.

Bəzi məlumatlara görə, qonşu Tacikistanın müxtəlif universitetlərində Türkmənistandan 4 minə qədər tələbə təhsil alır.
