Dövlət Şurasının üzvü, Çinin Xarici İşlər Naziri Vanq Yi Pekində keçirilən “Sevgi heç bir sərhəd tanımır” beynəlxalq xeyriyyə yarmarkasında Tacikistan səfirliyinin pavilyonunu ziyarət edib.
KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosunun Tacikistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ÇXR Xarici İşlər Nazirliyinin başçısı Tacikistan səfiri Pərviz Dövlətzadə ilə söhbətində qeyd edib ki, tacik meyvələri, xüsusən limon dünyanın ən yaxşı məhsullarından hesab olunur.
Tacikistan səfirliyinin təşkilatçılığı ilə hazırlanan pavilyonda Tacikistan Prezidenti Emomali Rahmonun fəaliyyətinə dair kitablar, Tacikistan mədəniyyətinin nümunələri, milli bəzək və əl işləri, milli tacik mətbəxinin xörəkləri, həmçinin tacik mədəniyyəti və ölkənin misilsiz təbiəti ilə tanış olmaq üçün səyahət materialları təqdim edilmişdir.
Yarmarkada Çin və beynəlxalq təşkilatların səfirlik və nümayəndəlikləri, firma və şirkətləri iştirak ediblər.

Bu il yarmarkada toplanan vəsait, yoxsul ailələrə kömək etməklə yanaşı, Çinin əyalətlərinin yaxşılaşdırılmasına yönəldiləcək.
