Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydıbackend

Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı  bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirib.

Bəyanatda qeyd edilib ki, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət alıb. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*