Xarkovda yerləşən Şərqi Avropanın ən böyük bazarı “Barabaşovo” rusiyalı hərbçilər tərəfindən hücuma məruz qalıb.
KONKRET.az xəbər verir ki, ticarət mərkəzinin mərmilərlə atəşə tutulmasından sonra bazarda yanğın başlayıb.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko özünün “Telegram” kanalında məlumat verib.
O, həmçinin hadisənin görüntüsünü paylaşıb.
