Xatirə İslamın satışa çıxardığı villanın qiyməti məlum oldubackend

Xatirə İslamın satışa çıxardığı villanın qiyməti məlum oldu

Müğənni Xatirə İslamın bağ evinin qiyməti məlum olub.
KONKRET.az xəbər verir ki, qaynarinfo sənətçinin satışa çıxardığı dəbdəbəli villasının qiyməti ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Xatirə İslamın bu gün satışa çıxardığı villanın qiyməti 750-800 min manat arasındadır.
Bu barədə saytımıza məlumat verən şəxsin sözlərinə görə, villa Novxanıda Sarı Qaya adlanan ərazidə hissəsində tikilib. Ümumi sahəsi 500 kvadratmetr olan villanın həm də 30 sot bağ sahəsi var.
Məlumatlı şəxs əlavə edib ki, Xatirə İslam bu bağ evini üç il bundan əvvəl satışa çıxarıb:
“Təxminən 2019-cu ildə bu ev satışa çıxarılıb. Hələ o zaman villaya 800 min qiymət qoyulub. 30 sot torpaq sahəsi var. İndiki halda evə əl gəzdirilib, bir az təmir olunub. Villanın ən yaxşı halda qiyməti 750 min manatdır. Ola bilər, kimsə bu evə 1 milyon, yaxud da milyon yarım qiymət qoysun, amma həmin qiymət real deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*