Xəstə anesteziya iynəsindən öldü – Səhiyyə Nazirliyindən AÇIQLAMAbackend

Xəstə anesteziya iynəsindən öldü - Səhiyyə Nazirliyindən AÇIQLAMA

KONKRET.az xəbər verir ki, Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra ölməsi ölkənin Səhiyyə Nazirliyində araşdırılıb. Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli Dormofol 1%-li intravenoz inyeksiya və Dormofol 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb. İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyətindən şübhə edilir.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, həmin dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatına alınmayıb və idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir.

Ü.Xudiyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*