“Xəyallarımız, hədəflərimiz puç oldu…” – Paşinyanın qızından Qarabağla bağlı PAYLAŞIMbackend

“Xəyallarımız, hədəflərimiz puç oldu...” - Paşinyanın qızından Qarabağla bağlı PAYLAŞIM

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, onun özünün “Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb.

Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin səsləndirilməsi xoş qarşılanmayıb.

Nikolun qızı statusunda yazıb ki, “Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”.

Mariam Paşinyanın statusuna görə ona sosial şəbəkələrdən ciddi təzyiq olunub. Ermənilər həmin paylaşıma şərh yazaraq bildiriblər ki, məhz Mariamın Soros qulu olan atası bu ölkəni uçuruma sürükləyib.

Surik Saroyan adlı istifadəçi yazıb: “Təəssüf ki, sizin xəyallarınız milli xəyallarımız deyil, Soros və ya neoliberalist “xəyallar”dır…”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*