Xəzərin İran hissəsində 5 nəfər boğularaq öldübackend

Xəzərin İran hissəsində 5 nəfər boğularaq öldü

İranın Mazandaran vilayətinin Ramsar şəhərində Xəzər dənizində 5 nəfər boğularaq ölüb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Ramsər rayon icra hakimiyyəti bildirib ki, ötən gün üzgüçülüyün qadağan olunması ilə bağlı xəbərdarlığa baxmayaraq, 7 nəfər turist Ramsərin Toskə sahilində təhlükəli və üzgüçülük üçün qadağan olunmuş ərazidə dənizin güclü axınına düşüb.

Nəticədə 2 nəfər xilas edilib, 5 nəfər isə boğularaq ölüb.

Boğulanlardan birinin itkin düşməsi səbəbindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, ötən gün hava şəraiti və dənizdə dalğaların hündürlüyü ilə əlaqədar Xəzər dənizinin bütün sahilboyu ərazilərində, o cümlədən sözügedən çimərlikdə üzgüçülüyə qadağa qoyulmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*