Xınalığa çəkilən yeni yol çökdü – RƏSMİ AÇIQLAMAbackend

Xınalığa çəkilən yeni yol çökdü - RƏSMİ AÇIQLAMA

Qubada torpaq sürüşməsi Quba-Susay-Xınalıq avtomobil yolunun çökməsi ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, torpaq sürüşməsi yeni çəkilməkdə olan Quba-Xınalıq yolunun Qrız kəndi yaxınlığındakı ərazidə baş verib. Bu ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil. Vətəndaşlar hansı yoldan istifadə etməlidir?

Bununla bağlı Trend-in sualını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli cavablandırıb.

O bildirib ki, sürüşmə ərazisindən keçən yolda tikinti aparılır.

“Vətəndaşlardan xahiş edirik ki, mövcud Quba-Qəçrəş-Xınalıq yolundan istifadə etsinlər. Çünki digər yol tikinti altında olduğundan təhlükəlidir. Hələ o yolda tikinti işləri davam edir. İnsanların öz təhlükəsizliyi naminə tikintisi yekunlaşmayan yoldan istifadə etməsi məqbul sayılmır”, – deyə qurum rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*