İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi “Xocalı cəlladı” general Manvel Qriqoryanın və onun həyat yoldaşı Nazik Əmiryanın pul və əmlakının müsadirə edilməsi barədə qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, məhkəmə onları Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilib. O cümlədən, Manvel Qriqoryana məxsus təxminən 1,8 milyard dram (4,5 milyon dollar) və 8 avtomobil büdcənin xeyrinə müsadirə olunacaq. Yerkrapah könüllülər təşkilatına daha 8 min ədəd “Əsgər rasionu” etiketli ərzaq, geyim forması və dərmanlar bağışlanacaq.
Bir neçə min silah və sursat Müdafiə Nazirliyinə veriləcək. Nazik Əmiryanın hesablarından 101 milyon dramdan çox pul müsadirə olunacaq.
Natiq Səlim,
KONKRET.az
