Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edildibackend

Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edildi

Lənkəran rayonunda, Şirvan şəhərində yerləşən tullantı poliqonlarında və Xocalı rayonu ərazisində Xocalı-Xankəndi avtomobil yolunun kənarında yerləşən maye-qaz doldurma məntəqəsinin yaxınlığında tullantılar qalaqlanaraq yandırılıb.

Bu barədə KONKRET.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktlarla bağlı Lənkəran Mənzil İstismar Kommunal Müəssisələr İdarəsinin rəisi Rövşən Lətifov və Şirvan Kommunal Kombinatı Müəssisəsinin rəisi Azər Abdıyev barəsində vəzifəli şəxs qismində, Füzuli rayonu Bəhmənli kənd sakini Rəhman Bayandurov barəsində isə fiziki şəxs qismində protokol tərtib olunub.

Sözügedən şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*