Xocasəndə baş verən yanğın söndürüldü – YENİLƏNİBbackend

Xocasəndə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Xocasən qəsəbəsində baş verən yanğın söndürülüb.

Bu barədə KONKRET.az-a FHN mətbuat ximətinin rəhbəri Gülçin Mehdiya məlumat verib. 

Məlumatda qeyd edilir ki, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

=======================================================================================================

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexi yanır.

Əraziyə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*